"Wonderland Azerbaijan 2015"
Azerbaijan

"Wonderland Azerbaijan 2015"

11-19 iyul 2015-ci il tarizlərində ənənəvi olaraq “Wonderland Azerbaijan 2015” Beynəlxalq Skaut Düşərgəsi keçirilmişdir. Düşərgə Azərbaycanın gözəl güşələrindən olan Gədəbəy ərazisində təşkil olunmuşdur. Bu il də “Mübarizlər” Skaut Dəstəsindən olan skautlar düşərgəyə fəal şəkildə qatılmışlar. 6 böyük və 27 kiçik skautlarla (4 oğlan patrulu: “Zirvə”, “Şəhriyar”, “Boz Qurd”, “Şahinlər” və 1 qız patrulu: “Təbəssüm”) düşərgədə ən böyük dəstə olan “Mübarizlər” Skaut Dəstəsi öz nizam-intizamı və fəallığı ilə özünə diqqət çəkmişdir. Düşərgə zamanı həm yerli, həm də xarici skautlar tərəfindən keçirilən – öyrədilən bacarıqlar, aktivitilər, oyunlar bütün skautlar tərəfindən çox maraqla qarşılandı. Hər il olduğu kimi bu il də skaut patrulları 3 parametr üzrə: nizam-intizama, fəallığa və komanda ruhuna görə düşərgə boyu qiymətləndirmə qrupu və təlimçilər tərəfindən qiymətlədirilirdi. Qiymətləndirmənin nəticəsinə görə düşərgədə olan 21 skaut patrulları arasında ilk beşliyi “Mübarizlər” Skaut Dəstəsindən olan patrullar: 1-ci yerə “Şəhriyar”, 2-ci yerə “Təbəssüm”, 3-cü yerə “Zirvə”, 4-cü yerə “Boz Qurd” və 5-ci yerə “Şahinlər” patrulu layiq görülmüşdür. İlk 3 yeri qazanan patrullara Azərbaycan Skautlar Assosiasiyası tərəfindən müxtəlif dəyərli hədiyylər təqdim olunmuşdur. Ən əsası isə 1-ci yerə layiq görülmüş “Şəhriyar” patruluna ASA tərəfindən çadır hədiyyə olunmuşdur ki, gələcəkdə yeni skautlara çadırqurmanı öyrədərkən əyani vəsait kimi istifadə etməkdə yaxudda yürüşlərə-düşərgələrə qatılarkən ən əsas avadanləq kimi lazım olacaqdır. Sonda onu qeyd etmək istərdim ki, “Wonderland Azerbaijan 2015” Beynəlxalq Skaut Düşərgəsində skautlarımızın uğurunun arxasında yaxşı liderlər – uzun zaman zəhmət durur. Ona görə də, geridə qalan il zamanı görüşlərdə, kiçik düşərgələrdə, yürüşlərdə və s. “Mübarizlər” Skaut Dəstəsi skautlarına öz qiymətli vaxtını ayırmış bütün skautlara dərin təşəkkürümü bildirirəm!
Started Ended
Number of participants
32
Service hours
6144
Location
Azerbaijan
Topics
Personal safety
Youth Programme

Share via

Share