Biləsuvarda "Mübarizlər" Skaut Dəstəsinin dostluq-tanışlıq görüşü
10 may 2015-ci il tarixində Biləsuvar şəhərində skautların Ümummilli lider Heydər Əliyevin 92 illiyinə həsr olunmuş dostluq-tanışlıq görüşü keçirilib. Görüşdə Biləsuvarlı skautlarla yanaşı Bakı şəhərindən və Türkiyə Anadolu Liseyindən skaut qrupları da iştirak ediblər. İlk öncə skautlar Ümummilli lider Heydər Əliyevin heykəli önünə gül qoyublar. Daha sonra qonaqlar Mübariz İbrahimovun evində olublar. Səfərdən sonra Mübariz İbrahimov adına Lisey-Məktəb Kompleksində qonaqlara lisey skautlarının hazırladığı canlı musiqi proqramı təqdim olunub. 50-yə yaxın skautun qatıldığı tədbir açıq havada müxtəlif interaktiv oyunlarla davam edib.